AZ

"Bu dəfə Azərbaycan çempionatında yaxşı çıxış etmədim"

"Bu dəfə yarışda yaxşı çıxış etmədim".

Sportinfo.az xəbər verir ki,bunu Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva ölkə çempionatındakı çıxışı ilə bağlı danışarkən deyib.

O, Zeynəb Məmmədyarovaya uduzduğu 1/8 final mərhələsində səhvlər etdiyini bildirib:

"Yarışla bağlı çox danışa bilmərəm. Məğlub oldum və mübarizəni dayandırdım. Birinci görüşdə, ümumiyyətlə, çox pis mübarizə apardım.

İkinci qarşılaşmada isə nisbətən normal oynadım. Belə şeylər olur.

Əslində normal deyil. Səhvlərimi bilirəm, onların üzərində işləyəcəm.

İl yeni başlayıb. Növbəti turnirlər üçün daha yaxşı çalışacağam".

Ayan Allahverdiyeva 2024-cü ilin fevralında karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olmuşdu.

Seçilən
17
sportinfo.az

1Mənbələr