Karib dənizi sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.
Milli Sunami Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra sosial mediada açıqlama yayıb: “Puerto Riko və ABŞ-ın Vircin Adaları üçün Sunami xəbərdarlığı hələlik ləğv edilib. Xəbərdarlıqlar sona çatsa da, güclü və qeyri-adi cərəyanlar davam edə bilər. Suya yaxın yerlərdə diqqətli olun. Yerli fövqəladə hallar idarəsinin son məlumatlarına izləyin”.
ABŞ Geoloji Xidməti bildirib ki, 7,6 bal gücündə zəlzələ yerli vaxtla 18:23-də Kayman adalarının Corc Taun şəhərindən təxminən 200 kilometr cənub-qərbdə baş verib.
Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi təxmin edilir.