Məhsuldar çıxışını davam etdirən PSJ-nin hücumçusu Usman Dembele 2025-ci ildə ən çox qol vurmuş futbolçuların siyahısında liderliyi ələ alıb.
İdman.biz xəbər verir ki, 27 yaşlı fransalı vinger yanvar və fevral aylarında 13 dəfə fərqlənib.
Bu il müxtəlif turnirlərdə keçirdiyi səkkiz oyundan 7-də rəqib qapılarına yol tapmağı bacaran Dembele Çempionlar Liqasında "Ştutqart" və Liqa 1-də "Brest"lə oyunlarda het-trik edib.
İndoneziyada "Deva Yunayted"də çıxış edən Aleks Martins, "Fənərbaxça"lı Yussef En-Nesiri, "Əl-Hilal"lı Markos Leonardo hərəyə 11 qol vurublar.
İdman.biz