AZ

Türkiyə Aya iki kosmik gəmi göndərəcək

Türkiyə 2026-cı ildə Aya ilk kosmik gəmi göndərəcək.

“Report” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl açıqladığı Milli Kosmos Proqramı çərçivəsində kritik mərhələ başlanıb.

Söhbət Türkiyə Kosmik Agentliyinin (TKA) Aya eniş etməsindən gedir. “AYAP-1” adlı kosmik gəmi gələn il Aya göndəriləcək. Bu gündən etibarən “AYAP-1” çərçivəsində Aya çatması planlaşdırılan kosmik gəminin riskləri müəyyən edilib, ilkin dizayn işləri tamamlanır. Aya sərt enişin 2026-cı ildə baş verməsi planlaşdırılır. Digər tərəfdən, yer stansiyalarının icarəsi və işə salma xidməti kimi satınalmalar üçün danışıqlar davam edir.

“AYAP”ın ikinci mərhələsində milli daşıyıcı aparatla kosmosa çıxması, yerli mühərriklərdən istifadə etməklə “AYAP-2” kosmik gəmisi ilə Ay səthinə yumşaq enişin həyata keçirilməsi və orada elmi tədqiqatların aparılması nəzərdə tutulur.

Qeyd edək ki, TKA rəhbəri Yusuf Kıraç daha əvvəl ölkəsinin kosmosda aparıcı aktorlardan biri olacağını bildirmişdi.

Seçilən
31
27
report.az

10Mənbələr