İspaniya La Liqasının 23-cü turunda keçirilən "Real" - "Atletiko" matçı Madrid klubunun futbolçusu Luka Modriç üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla derbidə 40-cı oyununu keçirib.
Modriç legionerlər arasında Madrid derbisində ən çox iştirak edən futbolçu olub. Bundan əvvəlki rekord 39 oyunla Kərim Benzemada idi.
Qeyd edək ki, 39 yaşlı Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm İspaniya klubunda 35 oyuna 3 qol vurub, 5 qol ötürməsi edib.