AZ

Yumurta yemək yaxşıdır, yoxsa pis? Bu detalı çox az adam bilir

Yumurta yemək yaxşıdır, yoxsa pis?

Yumurta qidalandırıcı və yüksək proteinli qida mənbəyi kimi tanınır. Uzun illər boyu xolesterol səbəbilə sağlamlıq üçün təhlükəli hesab edilsə də, son araşdırmalar bunun tam əksini göstərir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, müasir elmi araşdırmalara görə, yumurtadan alınan xolesterolun qan xolesterolu səviyyəsinə təsiri əvvəl düşünüldüyü qədər ciddi deyil. Əksinə, yumurta tərkibindəki faydalı yağlar və vitaminlər sayəsində orqanizm üçün vacib qidalardan biridir.

Yumurtalar B12, D və A vitaminləri ilə yanaşı, göz sağlamlığını dəstəkləyən lutein və zeaksantin kimi antioksidantlarla zəngindir. Bu qida yaşlı insanlar və idmançılar üçün əzələ kütləsini qorumağa kömək edir.

Xüsusilə şəkərli diabet və ürək xəstəliyi olan insanlar yumurta istehlakına diqqət yetirməli və həkimlə məsləhətləşməlidirlər. Bununla belə, sağlam insanlar üçün yumurtanın balanslı şəkildə qəbulu təhlükəsizdir.

2015-ci ildə pəhriz qaydalarından xolesterolla bağlı məhdudiyyətlər çıxarıldıqdan sonra yumurtanın sağlamlıq üçün faydalı olduğu bir daha vurğulandı. Buna baxmayaraq, bəzi insanlar hələ də köhnəlmiş məlumatlara əsaslanaraq yumurta istehlakını məhdudlaşdırır.

Yumurta təkcə zülal deyil, həm də uzun müddət toxluq hissi yaradan sağlam yağlarla zəngindir. Bu səbəbdən, günə yumurta ilə başlamaq enerjili qalmağa kömək edə bilər.

Son araşdırmalar yumurtanın pəhrizdən tamamilə çıxarılmasına ehtiyac olmadığını sübut edir. Balanslı şəkildə istehlak edildikdə yumurta həm sağlam, həm də qidalı bir seçim ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
17
e-saglam.az

1Mənbələr