"Bayer Leverkuzen" Bundesliqanın son turunda "Volfsburq"u məğlub edə bilməsə də (0:0), səfərdə məğlubiyyətsizlik seriyasını uzadıb.
Fanat.Az xəbər verir ki, “əczaçılar” Almaniya çempionatında ardıcıl 27 səfər matçında səfərdə uduzmayıb.
"Opta"-nın hesablamasına görə, bununla da Xabi Alonso bu göstəriciyə görə Bundesliqanın məşqçilik rekordunu təkrarlayıb. Əvvəllər bu uğuru yalnız 80-ci illərdə “Bayern Münhen”də çalışmış Udo Lattek qazanmışdı.
Son çempion "Bayer" 21 turdan sonra Bundesliqanın hazırkı turnir cədvəlində ikinci yerdədir və lider "Bayern"dən 8 xal geri qalır. Gələn şənbə günü komandalar Leverkuzen meydanında üz-üzə gələcəklər.
Xabi Alonso 2022-ci ilin oktyabrından "Bayer"i çalışdırır.
Mirağa