Bakı, TurkicWorld
Türkiyədə fevralın 7-də təbii qaz istehlakı ilə rekord qırılıb.
TurkicWorld xəbər verir ki, bu haqda Türkiyənin BOTAŞ şirkətinin verdiyi açılmada deyilir.
"BOTAŞ-dan daha bir rekord. 7 fevral 2025-ci ildə 300 milyon kubmetr təbii qaz istehlakı ilə Türkiyə rekordu qırıldı", - deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki, əvvəlki rekord 2022-ci il yanvarın 19-da gündəlik 288 milyon kubmetr təbii qaz istehlakı ilə yenilənib.