“Real” İspaniya La Liqasında “Atletiko” ilə heç-heçə edib – 1:1.
Futbolpress.az xəbər verir ki, “kral klubu”nun yeganə qolunu Kilian Mbappe vurub. 26 yaşlı hücumçu qol+ötürmə sistemində 500 xala çatıb. O, bu saya çatan ən gənc futbolçu adını qazanıb.
Bu yaşda Neymar 492, Messi 486, Ronaldo isə 302 xal toplamışdı.