AZ

İnsan beynində mikroplastiklərin səviyyəsi sürətlə artır

Bakı,TurkicWorld

Yeni araşdırmalar göstərir ki, son onilliklərdə insan beynində mikroplastiklərin miqdarı əhəmiyyətli dərəcədə artıb.

TurkicWorld xəbər verir ki,1997-2024-cü illər arasında aparılan araşdırmaların nəticələri beyin, qaraciyər və böyrək toxumalarında mikro və nanoplastiklərin getdikcə daha çox toplandığını üzə çıxarıb.

Tədqiqatın diqqətçəkən nəticələrindən biri, demans (ağıl zəifliyi) xəstələrinin beyinlərində mikroplastik səviyyəsinin sağlam insanlarla müqayisədə altı dəfə çox olmasıdır.

Plastik tullantıların parçalanması nəticəsində yaranan mikroplastiklər su, hava və qida vasitəsilə insan orqanizminə daxil olur. Alimlər Everest zirvəsindən tutmuş okeanların dərinliklərinə qədər bu hissəciklərin yayıldığını müəyyən ediblər. Son tədqiqatlar göstərib ki, vaxtından əvvəl doğulan körpələrin plasentalarında da yüksək səviyyədə mikroplastiklər mövcuddur.

Araşdırmalar göstərib ki, beyində ən çox rast gəlinən plastik növü qida qablaşdırmalarında və plastik torbalarda istifadə olunan polietilendir. Beyində aşkarlanan plastik hissəciklərin böyük əksəriyyətinin nanoölçülü qırıqlar və fraqmentlər olduğu bildirilib.

Araşdırmaya görə, 2016-2024-cü illər arasında dünyasını dəyişmiş 52 nəfərin toxumaları analiz edilib. Beyin toxumalarında mikroplastiklərin sıxlığının qaraciyər və böyrəkdən daha yüksək olduğu müəyyən edilib. 2024-cü ildə ölən şəxslərin beyinlərindəki mikroplastik səviyyəsi 2016-cı illə müqayisədə əhəmiyyətli dərəcədə artmasına səbəb kimi, son 8 ildə mikroplastik çirklənmənin 50% artdığı qeyd edilir.

Seçilən
39
turkic.world

1Mənbələr