AZ

Kim Çen In ittiham etdi: qlobal münaqişələrin pərdə arxasında “ABŞ-ın qara kölgəsi” gizlənir

Şimali Koreya lideri Kim Çen In ABŞ-ı Ukraynadakı münaqişəni uzatmaqda və gərginləşdirməkdə ittiham edib.

Publika.az xəbər verir ki, onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi sitat gətirib.

Şimali Koreyanın dövlət başçısı bu barədə Koreya Xalq Ordusunun yaradılmasının 77-ci ildönümünü qeyd etmək üçün Müdafiə Nazirliyinə səfəri zamanı danışıb. O deyib ki, “ABŞ-ın qara kölgəsi” bir çox qlobal münaqişələrin pərdə arxasında gizlənir və bu, Şimali Koreyanın müdafiə qabiliyyətini gücləndirmək xəttinin doğru olduğunu sübut edir.

O, həmçinin ABŞ-ı Ukraynadakı münaqişənin əsas təhrikçisi adlandırıb və Qərb liderlərinin Rusiyaya strateji məğlubiyyət vermək ideyasının münaqişəni uzatmasından narahatlığını bildirib.

“Ordumuz və xalqımız KXDR və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin ruhuna uyğun olaraq, Rusiya ordusu və xalqının suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün ədalətli mübarizəsini daim dəstəkləyəcək”, - Kim Çen In vurğulayıb.

Seçilən
14
publika.az

1Mənbələr