AZ

Türkiyədə sunami təhlükəsiI Təhlükəsizlik tədbirləri başladıldı

Türkiyə Egey dənizində sunami riski ilə əlaqədar tədbirlər görür. Ölkənin təbii fəlakətlərin idarə olunması qurumu AFAD Egey dənizində sunamiyə səbəb ola biləcək seysmik aktivliyin artması ilə əlaqədar təcili tədbirləri aktivləşdirib. AFAD İzmir, Aydın və Muğla bölmələrini gücləndirilmiş iş rejiminə gətirib, həmçinin əhaliyə xəbərdarlıq etmək üçün mobil siren sistemləri quraşdırıb.

Hazırda Türkiyənin seysmik və vulkanik fəaliyyətin monitorinqi xidmətləri Yunanıstanın elmi araşdırma müəssisələri və universitetləri ilə sıx koordinasiyada işləyir. Sahil bölgələrindəki bütün bölmələr yüksək hazırlıq vəziyyətindədir.

AFAD meteorologiya xidməti ilə birlikdə vulkanik külün mümkün hərəkəti ilə bağlı gündəlik hesabatlar hazırlayır və fevralın 10-dan etibarən sahil boyu gələcək tədbirlərlə bağlı ekspertlərlə əlavə məsləhətləşmələrə başlanılacaq.

Röya Əliyeva
AzVision.az



Seçilən
33
4
azvision.az

5Mənbələr