AZ

"Zirə"nin qapıçısı: "Legioner limitinin ləğvi yerli oynçuların da xeyrinədir" - MÜSAHİBƏ

"Zirə"nin qapıçısı Tyaqo Silva Sportal.az saytına müsahibə verib.

- Ölkə kubokunun 1/4 final mərhələsinin “Araz-Naxçıvan”la ilk görüşündə məğlub oldunuz. Həmin görüşlə bağlı fikrin necədir?

- Gərgin matç alındı. Həm biz, həm də rəqib qalibiyyət üçün oynayırdı. Bununla da, oyun daha da çətinləşirdi. Penaltidən qol buraxdıq və uduzduq. Qarşıda cavab görüşü var, həmin matça hazırlaşacağıq. Rəqibimiz kim olursa-olsun, ilk görüşdəki qələbəyə görə üstünlük onlardadır. Lakin biz cavab matçında lazım olan qolları vuraraq qalib gəlməyə çalışacağıq.

- Uzun müddətdən sonra məhz “Araz-Naxçıvan”la görüşdə meydana çıxdın. Çox da oynamamağınla bağlı fikrin necədir?

- Təbii ki, karyeram baxımından bu, məni narahat edir. Amma bu, məşqçinin qərarıdır, buna hörmət edirəm. Amma bu, aylar sonra meydançaya çıxanda inamıma təsir etmir. Daha çox çalışaraq şans qazanmağa çalışacam.

- Yeni mövsümdən Misli Premyer Liqasında legioner limiti ləğv ediləcək. Belədə, daha çox oynamaq şansı qazana bilərsən...

- Bəli, nəhayət ki, bu qərarı verdilər. Qərarı düzgün hesab edirəm. Bu münasibətlə AFFA-nı təbrik edirəm. Meydanda yalnız ən güclülər olacaq. Bu da yerli oyunçuların xeyrinədir. Daha çox rəqabət olacaq və bu, sizi daha da çox işləməyə məcbur edəcək.

- Amma yerli futbolçular bu qərardan çox da razılıq etmirər. Heç komanda yoldaşlarınla bu qərarla bağlı danışmısan?

- Şəxsi fikrim belədir ki, futbolçu buna görə yerini itirməkdən çəkinirsə, deməli, xarakterində problemlər var. Düşünürəm ki, artıq dediyim kimi, öz üzərində daha çox çalışacaq və rəqabətə hazır olanlar var.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
22
1
sportal.az

2Mənbələr