AZ

“Real” əfsanəsi ilə belə vidalaşdı – FOTOLAR

“Real” sabiq müdafiəçisi Marselonu La Liqanın 23-cü turunda “Atletiko” ilə oyuna dəvət edib.

Publika.az xəbər verir ki, matçdan əvvəl “Krak klubu” braziliyalı əfsanəsi ilə vida mərasimi keçirib. Ona kapitan Luka Modriç tərəfindən hədiyyə təqdim olunub.

Qeyd edək ki, Marselo bir neçə gün öncə karyerasını bitirdiyini açıqlayıb. Marselo 2007-2022-ci illərdə Madrid klubunda çıxış edib, 546 oyun keçirib, 38 qol vurub və 103 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu 6 dəfə İspaniya çempionatının, 5 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Seçilən
22
publika.az

1Mənbələr