AZ

ABŞ Rusiyadan bu məhsulun tədarükünü 3 dəfə artırdı

Rusiya ötən il ABŞ-a şokolad tədarükünü üç dəfə artırıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən il ABŞ 2,6 milyon dollar dəyərində rus şokoladı idxal edib ki, bu da 2021-ci ildən bəri ən böyük alış həcmidir.

Bildirilib ki, idxalın əsasını şokoladlı konfetlər (80 faiz) təşkil edib.

Qeyd edək ki, ABŞ dünyanın ən böyük şokolad idxalçısıdır. Ölkə xaricdn ötən il 4.8 milyard dollarlıq şokolad alıb.

Seçilən
36
6
axar.az

7Mənbələr