Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya kubokunu qazanıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Osasko" finalda "Sesi Bauru"ya 3:1 hesabı ilə qalib gəlib.
Oyun Rəhimova üçün simvolik olub: belə ki, o, Braziliyada debüt mövsümündə şərəfini qoruduğu keçmiş klubuna qarşı çıxış edib.
Bu, voleybolçumuzun "Osasko"da qazandığı ilk kubokdur.
İdman.biz