Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında texniki nasaz avtomobil yolda qalıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda avtomobilin yoldan götürülməsi və sıxlığın aradan qaldırılması işləri görülür.