AZ

Karlo Ançelotti Madrid “Atletiko”su ilə heç-heçəni şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının Madrid “Atletiko”su ilə 23-cü tur ev oyununu (1:1) şərh edib.

Arena.az italyan mütəxəssisin oyunsonrası mətbuat toplantısında bu barədə səsləndirdiyi fikirləri təqdim edir:

“İkinci hissədə biz oyunu tamamilə idarə etdik, oyuna kökləndik. Birinci hissə fərqli, daha astagəl idi. Penalti ilə bağlı vəziyyət komandaya təsir etdi.

Bundan əvvəl də çox astagəl oynayırdıq, amma ikinci hissədə daha geniş oynadıq, Vinisius və Rodriqo ilə bir çox təhlükəli məqam yaratdıq. İkinci hissə yaxşı keçdi, komandam pərişandır, çünki qələbəyə layiq olduğuna inandığı üçün üzülüb”, deyə Karlo Ançelotti vurğulayıb.

İtalyan mütəxəssis “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeonenin “Barselona”nın ən yaxşı komanda olması ilə bağlı “Real” düşərgəsini qıcıqlandırıcı təxribata sürükləməsini də cavabsız qoymayıb:

“Hər kəsin öz fikri var. Bu, sona qədər rəqabətli liqa olacaq, qarşılaşdığımız çətinliklərə rəğmən isə biz məmnunuq. Qarşılaşmadan əvvəl gördüm ki, dörd zədəli müdafiəçimiz meydana çıxan komanda yoldaşlarını salamladılar. Bu, çətinliklərə rəğmən, bizim bunların öhdəsindən gəldiyimizi deyir”, – “Infobae” dərgisi Ançelottidən sitat gətirir.

23 oyundan sonra “Real” 50 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir, 49 xal toplamış “Atletiko” “qaymaqlılar”ı daban-daban təqib edir. “Barselona” isə 22 oyundan 45 xalla ilk üçlüyü qapayır.

Seçilən
67
arena.az

1Mənbələr