AZ

Goranboyda yük avtomobili çaya aşıb

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, fevralın 8-də saat 16 radələrində rayonun Qızılhacılı kənd sakini 1995-ci il təvəllüdlü Orucov Yusif Ənvər oğlu idarə etdiyi “KamAZ” yük markalı nəqliyyat vasitəsi ilə Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi çaya aşıb, Y.Orucov aldığı bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Goranboy RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

"Cebheinfo.az"

Seçilən
117
12
cebheinfo.az

10Mənbələr