Milli Müdafiə Nazirliyi hava əməliyyatları nəticəsində Qara bölgəsində 7, Hakurk bölgəsində isə 4 olmaqla ümumilikdə 11 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşılıb. Bildirilir ki, 29 yanvar - 7 fevral 2025-ci il tarixləri arasında Şimali İraqda həyata keçirilən hava əməliyyatları nəticəsində Qara bölgəsində 7, Hakurk bölgəsində 4 olmaqla ümumilikdə 11 PKK terrorçusunun zərərsizləşdirildiyi müəyyən edilib.