Türkiyənin “Beşiktaş” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isanbul təmsilçisi ekvadorlu yarımmüdafiəçi Kenni Arroyonu transfer edib.
18 yaşlı futbolçu artıq İstanbuldadır. Onunla 2029-cu ilin iyununa qədər müqavilə imzalanacaq.
Qeyd edək ki, Ekvador millisinin üzvü olan Kenni ölkəsinin “İndependente de Vale” klubunun yetirməsidir və bu komandadan “Beşiktaş”a keçib.