Cüdo üzrə Azərbaycan millisi bu il üçüncü “Böyük Dəbilqə” turnirində iştirakla bağlı müraciət edib.
İdman.biz xəbər verir ki, yarış fevralın 28-dən martın 2-dək Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
Komandamızın ilkin heyətində dörd idmançı yer alıb: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq) və Zelim Tsakayev (81 kq).
Hələlik turnirə 16 ölkədən komandaların qatılacağı məlumdur.
İdman.biz