AZ

Keyta Balde Vanda Nara ilə bağlı xəyanəti haqda açıqlama yaydı

Moskva “Spartak”ının seneqallı sabiq hücumçusu Keyta Balde öz keçmiş həyat yoldaşı Simona Quatyeri qarşısında ictimai surətdə üzr istəyib.

Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, Keyta Balde Simona Qautyeri ilə toyundan demək olar ki, dərhal sonra “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin o vaxt arvadı olan Vanda Nara ilə xəyanətinə görə günahını etiraf edib:

“Xəyanət – həqiqətən də yandırıb-yaxan bir ifadədir. Bu, həyatımdakı ən böyük səhv idi – həyatımın sevgisinə xəyanət etmək. O (Simona), dünyada bütün sevgilərə və hörmətə layiqdir. Mən bütün bu məsuliyyəti öz üzərimə götürmək istəyirəm.

Mauro və Vanda arasındakı ictimai oyunlar mənim həyatımın bir hissəsi deyillər. Mən etdiyim səhvi dərk edirəm, amma onlar da başa düşməlidirlər ki, bu vəziyyətdə əziyyət çəkən uşaqlar var. Onların bütün bunların hamısını ictimailəşdirmələri, ürəklərinin olmadığını göstərir. Səhvlərimdən sonra mən özümü çox zəif hiss edirdim, amma ailəmə gələndə mən aslan kimi mübarizə aparacağam və məhkəməyə müraciət edəcəyəm. Simona – ömrüm boyu sevəcəyim yeganə qadındır. Mən onun uğrunda mübarizə aparmaq üçün buradayam”, deyə Balde vurğulayıb.

Bundan əvvəl Mauro İkardi və Vanda Naranın boşandığı haqda məlumat yayılıb. Argentinalı model həmvətəni olan futbolçunu münasibətləri pozmaqda ittiham edib.

Balde Nara ilə münasibətdə 2023-cü ildə, hələ Moskva “Spartak”ında oynadığı zaman olub.

Xatırladaq ki, Balde və Quatyerinin iki övladı var. Toylarından əvvəl cütlük dörd il birlikdə yaşayıb.

Seçilən
16
arena.az

1Mənbələr