AZ

Xabi Alonso Bundesliqada XXI əsrin rekorduna imza atdı

Almaniya Bundesliqasının 21-ci turunda “Volfsburq”la səfər oyunu (0:0) “Bayer”in ispan baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda Xabi Alonsonun çalışdırdığı “əczaçılar” Almaniya Bundesliqasının səfər oyunlarında məğlubiyyətsiz oyunlar silsiləsini 27 oyuna çatdırıblar.

Bu nəticə XXI əsrin rekordu, eyni zamanda mütləq rekordunun təkrarlanmasıdır. Almaniya Bundesliqasında ilk dəfə olaraq 27 səfər oyununda məğlubiyyət tanımamış mütəxəssis, alman baş məşqçi Udo Lattek olub. Lattek 1985-ci ildən 1992-ci ilə qədər – “Bayern (1983-87-ci illər) və “Şalke”nin (1992/93-cü illər) sükanı arxasında müvafiq nailliyətə imza atıb.

Göründüyü kimi Xabi Alonso mütləq rekorda doğru gedir. İspan mütəxəssisin “əczaçılar”ı sonuncu dəfə səfərdə 2022/2023-cü illər mövsümündə, 34-cü tur çərçivəsində “Boxum”a məğlub olublar – 0:3.

“Bayer” növbəti səfər oyununu fevral ayının 22-də, Bundesliqanın 23-cü turu çərçivəsində “Holştayn”a qarşı keçirəcək.

21 oyundan 46 xalla “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bundesliqaya 54 xalla “Bayern” başçılıq edir.

Seçilən
80
arena.az

1Mənbələr