AZ

Livan əsgərlərinə Suriyadan açılan atəşə atəşlə cavab vermək əmri verib

Livan ordusunun komandanlığı respublika prezidenti Cozef Aunun əmri ilə Suriya ərazisindən şimal və şərq rayonlarının atəşə tutulmasına cavab olaraq Suriya ilə sərhəddə yerləşən qoşunlara atəş açmaq əmri verib. Bu barədə ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Livan prezidenti general Cozef Aunun tapşırığına əsasən, Silahlı Qüvvələrin komandanlığı şimal və şərq sərhədlərində yerləşən hərbi birləşmələrə Suriya ərazisindən Livan yaşayış məntəqələrinə doğru endirilən atəş mənbələrinə cavab zərbələri endirmək əmri verib”, - məlumatda deyilir.

Bildirilib ki, Livanın şimalına ordu əlavələri göndərilib və “Hermel şəhəri yaxınlığındakı bir neçə kəndin atəşə tutulmasından sonra onlar müvafiq silahlardan istifadə edərək cavab verməyə başlayıblar”.

Cümə günü prezident Cozef Aun suriyalı həmkarı Əhməd əl-Şaraa ilə danışıqlar aparıb və iki ölkə arasındakı sərhəddəki vəziyyəti müzakirə edib. Livanın NNA milli xəbər agentliyinin verdiyi məlumata görə, qonşu dövlətlərin başçıları "vəziyyətə nəzarət etmək və mülki şəxslərə hücumların qarşısını almaq üçün səyləri əlaqələndirməyə razılaşıblar".

Əziz Mustafa, Oxuməni.az

Seçilən
12
oxumeni.az

1Mənbələr