AZ

Peskovun Putinlə Tramp arasındakı telefon danışığından xəbəri yoxdur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbəri Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon söhbətinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu xəbərlə bağlı nə deyə bilərəm? Vaşinqtondakı administrasiya öz işini həyata keçirərkən, bir çox fərqli kommunikasiyalar baş verir. Və bu kommunikasiyalar müxtəlif kanallarla aparılır. Təbii ki, onların çoxluğu fonunda şəxsən mən nəyisə bilmirəm, nədənsə xəbərsiz ola bilərəm. Ona görə də indiki halda mən bunu nə təsdiq, nə də təkzib edə bilərəm”, – Kreml nümayəndəsi qeyd edib./Qafqazinfo/

Seçilən
22
yenicag.az

1Mənbələr