AZ

“Təsdiq və ya təkzib edə bilmərəm”

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-la müxtəlif kanallarla danışıqlar aparıldığını və ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olması barədə açıqlamasını “təsdiq və ya təkzib edə” bilməyəcəyini deyib.

Peskov Rusiyanın “İnterfax” xəbər agentliyinə verdiyi açıqlamada Trampın Putinlə Ukrayna müharibəsi ilə bağlı telefon danışığı etdiyinə dair açıqlamalarını dəyərləndirib.

ABŞ-da yeni administrasiya ilə ünsiyyət qurmağın müxtəlif yollarının olduğunu qeyd edən Peskov, “Bu ünsiyyətlər də müxtəlif kanallarla həyata keçirilir”, – deyib.

Sözügedən kommunikasiyaların sıxlığına görə bütün inkişaflardan xəbərdar ola bilməyəcəyinə diqqət çəkən Peskov, “Ona görə də belə bir görüşü nə təsdiq, nə də təkzib edə bilmərəm”, – dedi.

Tramp “The New York Post”a deyib ki, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün “konkret planı” var və bunu Putinlə müzakirə edib.

Yanvarın 24-də verdiyi açıqlamada Putin Trampla Ukrayna müharibəsi və enerji kimi məsələləri müzakirə etmək üçün görüşməli olduğunu bildirib.

Seçilən
42
vaxt.az

1Mənbələr