İsrail ordusu Qəzzanın şimal və cənub hissələrini ayıran Netsarim dəhlizindən qoşunlarını tamamilə çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Məlumata görə, bu addım girovların azad edilməsi ilə bağlı sazişin şərtlərinə və İsrailin siyasi rəhbərliyinin təlimatlarına uyğun olaraq atılıb.
Nəşr bildirib ki, ordusu Misirlə sərhəddəki Filadelfiya dəhlizinə və İsrail sərhədi boyunca bufer zonasına nəzarəti davam etdirir.