Bakıda nasaz avtomobil yolda qalıb, tıxac yaranıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Belə ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında texniki nasaz avtomobil yolda qalıb. Bu səbəbdən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq yaranıb.
...Artıq avtomobil yoldan götürülüb və sıxlıq aradan qaldırılıb.