![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/3/13/1/51c2aba4-0922-4b65-ab71-7daa050e6a7d/emek-muqavilesi.jpg)
Bu ilin yanvar ayının 1-nə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 778,5 min nəfər olub.
Yeniavaz.com xəbər verir ki, muzdla çalışan işçilərin 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə muzdla çalışan işçilərin sayı 1 milyon 741,8 min nəfər olub və onlardan 899,1 min nəfəri dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Açqılanan məlumatlardan da göründüyü kimi, son bir ildə dövlət sektorunda işləyən işçilərin sayı 16,3 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 53 min nəfər artıb.
Qeyd edək ki, son 8 ildə Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı aşağıdakı kimi olub:
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/9/1/85320bd3-a24e-4b13-afa2-e8e56b3fc8b9/muzdlu-isciler.jpg)
Elnur Əli