AZ

Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

13:14

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Far.Az”un yerli bürosu məlumat verir ki, hadisə “Kristal Abşeron-1”də yerləşən mənzillərin birində qeydə alınıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Seçilən
99
19
far.az

10Mənbələr