AZ

Peskovdan ikibaşlı açıqlama: “Bunu nə təsdiq, nə də təkzib edə bilərəm"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbəri Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon söhbətinə münasibət bildirib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kreml nümayəndəsi qeyd edib:

“Bu xəbərlə bağlı nə deyə bilərəm? Vaşinqtondakı administrasiya öz işini həyata keçirərkən, bir çox fərqli kommunikasiyalar baş verir. Və bu kommunikasiyalar müxtəlif kanallarla aparılır. Təbii ki, onların çoxluğu fonunda şəxsən mən nəyisə bilmirəm, nədənsə xəbərsiz ola bilərəm. Ona görə də indiki halda mən bunu nə təsdiq, nə də təkzib edə bilərəm”.

Seçilən
41
6
publika.az

7Mənbələr