İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin Maliyyə Nazirliyinin milyonlarla amerikalının konfidensial şəxsi məlumatlarının, sosial sığorta nömrələrinin və bank hesablarının yer aldığı sənədlərinə girişi bloklanıb.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, Nyu-York Federal Məhkəməsi belə qərar qəbul edib.
Hakim Pol Enqelmayer 19 demokrat prokurorun məhkəməyə müraciətindən sonra belə ilkin qərar verib.