AZ

Almaniyaya ən çox hansı ölkələrdən qeyri-qanuni miqrantlar gəliblər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyadakı qeyri-qanuni miqrantların böyük bir hissəsi - təxminən 40%-i Suriya və Ukraynadan gəlib.
Oxu.Az-ın RND-ə istinadən verdiyi məlumata görə, sərhədi qeyri-qanuni keçənlərin 20,6%-i suriyalılar, az qala 20%-i isə ukraynalılardır.
Həmçinin Əfqanıstan və Türkiyədən də əhəmiyyətli miqrasiya axını qeydə alınıb. Ukraynada davam edən münaqişə fonunda bu ölkənin sakinlərinə müvafiq ərizə təqdim etmədən Aİ ölkələrində sığınacaq hüququ verilir, lakin onların Avropada yaşayış yerlərini dəyişməsi üçün uzunmüddətli viza tələb olunur.
2023-cü ildə Avropa İttifaqına 127 min 500 nəfər daxil olub, 2024-cü ildə isə bu rəqəm 83 min 500 nəfər təşkil edib. 2023-cü ildə onların 44,7%-i, 2024-cü ildə isə 23%-i Almaniya polisinə sığınacaq üçün müraciət edib.
Seçilən
53
50
oxu.az

10Mənbələr