AZ

İranın öyündüyü  İLK

İranın fevralın 6-da təqdim edilən ilk pilotsuz təyyarə daşıyıcısı “Şəhid Baqeri” 1000 km-dən çoxmənzilli raketlər buraxmağa qadirdir. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri bildirib.

“Cebheinfo.az” bu barədə “Mehr”-ə istinadən yazır.

KİV-in məlumatına görə, gəmi müxtəlif hücum və kəşfiyyat pilotsuz təyyarələrindən istifadə edir və müxtəlif helikopterləri daşımaq iqtidarındadır.

İranlı general “Şəhid Baqeri” təyyarədaşıyan gəmisinin təkbaşına beş helikopteri, eləcə də uçuş-enmə zolağında dörd böyük helikopteri yerləşdirə biləcəyini bildirib. O əlavə edib ki, pilotsuz daşıyıcı öz anqarında beş kiçik helikopteri yerləşdirə bilir.

Kontr-admiral Tanqsiri vurğulayıb ki, əslində pilotsuz uçuş aparatları daşıyıcısı “Şəhid Baqeri”də səkkiz anqar var. O, həmçinin gəminin uzaqmənzilli raketləri vurmaq üçün platforma rolunu oynadığını deyib: “1000 kilometrdən çox məsafəyə raketlər atmağa qadirdir”.

“Bundan əlavə, onun qanadlı raketləri uzun məsafələrə dənizdə qala bilər”,- deyə İran SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı qeyd edib.

Seçilən
36
cebheinfo.az

1Mənbələr