AZ

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirdi

İraq və Suriyanın şimalında 15 terrorçu zərərsizləşdirilib

 

Hava əməliyyatları nəticəsində İraqın şimalında 11 PKK terrorçusu, Suriyanın şimalındakı “Barış pınarı” bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq üçün təcavüz atəşi açan 4 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Biz güclüyük, qərarlıyıq. 29 yanvar - 7 fevral 2025-ci il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 7-si Qara bölgəsində, 4-ü Hakurk bölgəsində olmaqla ümumilikdə 11 PKK terrorçusunun zərərsizləşdirildiyi müəyyən edilib. Türk Silahlı Qüvvələrimiz terror təşkilatlarına qarşı vətənimizə qarşı qabaqlayıcı və dağıdıcı tədbirləri davam etdirir."

Seçilən
23
2
qafqazinfo.az

3Mənbələr