AZ

Dərbənddə polis əməkdaşına hücum edilib


Dərbənddə Dağıstanın Tabasaran rayonunun keçmiş rəhbərinin oğlunun da olduğu 3 şəxs polis əməkdaşına hücum edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsindən məlumat verilib.
Bildirilir ki, Dərbənddə dövlət müəssisələrindən birinin yaxınlığında ictimai asayişi pozan 3 yerli sakin polis əməkdaşına hücum edib. Onu yerə yıxdıqdan sonra bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik vurmağa başlayıblar. Şübhəlilərdən biri işçinin xidməti silahını ələ keçirib və daha sonra ona ən azı 8 atəş açıb. Hər üç şübhəli şəxs saxlanılıb. 
Yaralanan 28 yaşlı polis işçisinin vəziyyəti orta ağır qiymətləndirilir.
Seçilən
14
yeniavaz.com

1Mənbələr