AZ

Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib

Bakı. Trend:

Dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 584-cüildönümü münasibətilə görkəmli söz ustadının Bakıdakı abidəsiziyarət olunub.

Bu barədə Trend-ə AMEA-dan məlumat verilib. Bildirilib ki,əvvəlcə ədibin abidəsi önünə əklillər qoyulub və gül dəstələridüzülüb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, ÖzbəkistanınAzərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov,Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Milli Məclisindeputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrəişçi qrupunun üzvü Günay Əfəndiyeva çıxış edərək böyük söz ustadıƏlişir Nəvainin həyat və yaradıcılığından ətraflı danışıblar.

Qeyd olunub ki, Azərbaycan Əlişir Nəvainin ikinci vətəni kimiqəbul edilir. Nəvaişünas alimlərimiz tərəfindən görkəmli ədibinyaradıcılığı ilə bağlı ölkəmizdə geniş tədqiqatlar aparılıb,əsərləri çap olunub. Xalqımız böyük söz ustadının yaradıcılığınısevərək oxuyub.

Çıxışlarda Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdəolduğu kimi, elm sahəsində də uğurlu inkişafı xüsusi vurğulanıb,iki qardaş xalq arasındakı münasibətlər nəticəsində Türk dünyasınamühüm töhfələr verildiyi diqqətə çatdırılıb.

Ziyarətdə Azərbaycan və Özbəkistanın elmi-ədəbi ictimaiyyətininnümayəndələri, o cümlədən AMEA Nizami Gəncəvi adına Ədəbiyyatİnstitutunun türkoloq alimləri iştirak ediblər.

Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olub.Onun şeirləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türkdünyasında zövqlə oxunub, məşhur türk şairləri onu örnək bilib,təriflər yazıblar. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərindədə Əlişir Nəvai elmi, sənəti, türkçülüyü və təsirləri iləözünəməxsus mühüm yer tutur.

Seçilən
28
3
az.trend.az

4Mənbələr