AZ

Serjio Konseysao “Empoli” üzərində qələbəni şərh etdi

“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya A Seriyasının 24-cü turunda “Empoli” üzərində 2:0 hesablı səfər qələbəsini şərh edib.

Arena.az jurnalist Canluka Di Martsionun saytına istinadən, portuqal müətəxəssisin bu barədə qənaətini təqdim edir:

“Bizim müdafiə xəttimiz komandamızın yığcamlığı üçün çox vacibdir. Biz xüsuslar üzərində çox səylə çalışırıq. Üçqat əvəzetmə (fasilədən sonra meydana Rafael Leao, Santyaqo Ximenes və Kristian Pulişiç çıxıblar – redaktorun qeydi)? Hücumçulardan birinin əvəzinə müdafiəçini buraxmaqla bağlı bir cazibəm vardı, amma mən bunu etmədim, riskə getdim, çünki oyunu qazanmaq istəyirdim. “Milan” kimi bir klubda heç-heçə – iki xal itkisi deməkdir”, deyə Serjio Konseysao vurğulayıb.

23 oyundan 38 xalla “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Empoli” isə 24 oyundan 21 xalla 16-cı pillədədir.

A Seriyasına 23 oyundan 54 xalla “Napoli” başçılıq edir.

Seçilən
65
arena.az

1Mənbələr