AZ

Entso Mareska “Çelsi”nin məğlubiyyəti haqda: “Biabırçılıqdır”

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın İngiltərə Kubokunun 1/16 finalında mübarizəni dayandırmasına münasibətini açıqlayıb.

Arena.az məlumat verir ki, “Çelsi” səfərdə “Brayton”a 1:2 hesabı ilə məğlub olub.

“Qağayılar” əzmkar qələbə sayəsində növbəti mərhələyə adlayıblar. London təmsilçisinin baş məşqçisi Entso Mareska matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İngiltərə Kubokundan “uçmaq” ayıb, biabırçılıqdır. Heç şübhəsiz. Əgər müsbət bir xüsusu vurğulayırıqsa, indi biz Premyer Liqaya və Avropa Konfrans Liqasına diqqət edə bilərik. Ümidvaram ki, komandamız öz səyahətini orada davam etdirə biləcək”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano həmyerlisi olan mütəxəssisdən sitat gətirir.

Seçilən
71
arena.az

1Mənbələr