Saqareco Bələdiyyəsinin Antok kəndində qətl hadisəsi baş verib.
News24.az-ın xəbərinə görə, meyiti tapılan 38 yaşlı kişinin üz nahiyəsinə soyuq silahla çoxsaylı xəsarətlər yetirilib.
Qətlin motivi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı CM-in 108-ci maddəsi – qəsdən adam öldürmə maddəsi üzrə istintaq başlanıb. /aktual.ge