Türkiyədə məşhur italyan aşpazın oğlu Mattia Minguzzi iki həftə əvvəl baş verən hücumdan sonra bıçaq xəsarətləri alaraq paytaxt xəstəxanasında dünyasını dəyişib.
Bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb .
Qeyd olunur ki, 14 yaşlı yeniyetmə bu gün səhər saatlarında dünyasını dəyişib, həkimlər iki gün əvvəl oğlana beyin ölümü diaqnozu qoyublar.
Nəşrin məlumatına görə, 15 yaşlı türk yeniyetmənin vəhşicəsinə hücumunun dəqiq səbəbləri hələlik müəyyən edilməyib. O, Minguzziyə 5 bıçaq zərbəsi vurub.