AZ

Bakıda yol qəzası sıxlığa səbəb oldu - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Yol qəzası Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

“Cebheinfo.az” 

Seçilən
134
7
cebheinfo.az

10Mənbələr