“Spartak”ın keçmiş hücumçusu Keyta Balde toyundan dərhal sonra aldatdığı keçmiş həyat yoldaşı Simone Quatieridən ictimaiyyət qarşısında üzr istəyib.
Publika.az xəbər verir ki, o, Simoneyə “Qalatasaray”ın forvardı Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara ilə xəyanət etdiyini etiraf edib.
“Xəyanət həqiqətən ağır sözdür. Bu, həyatımın ən böyük səhvi idi – həyatımın sevgisinə xəyanət etmək. O, dünyada bütün sevgi və hörmətə layiqdir. Mən bütün məsuliyyəti öz üzərimə götürmək istəyirəm.
Mauro və Vandanın ictimai oyunları həyatımın bir hissəsi deyil. Mən etdiyim səhvi anlayıram, amma başa düşməlidirlər ki, bu vəziyyətdə əziyyət çəkən uşaqlar var.