AZ

Misir və BƏƏ Netanyahuya xəbərdarlıq etdi- Səudiyyə bizim üçün qırmızı xəttdir, heç kim ona toxuna bilməz…

Image

Misir və BƏƏ İsrailin baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanını hədəf almasını sərt tənqid ediblər və bildiriblər ki, Səudiyyə Ərəbistanı onlar üçün qırmızı xəttdir. 

“Misir İsrail tərəfinin Səudiyyə Ərəbistanına qarşı təxribat xarakterli və onun ərazisində Fələstin dövlətinin yaradılmasına çağıran, ölkənin suverenliyini birbaşa pozan, beynəlxalq hüquq normalarını və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini açıq-aşkar pozan məsuliyyətsiz və tamamilə qəbuledilməz bəyanatlarını qəti şəkildə pisləyir”, - deyə Misir Xarici İşlər Nazirliyinin bəyanatda bildirilir.

Səudiyyənin təhlükəsizliyi və sabitliyinin “Misir və ərəb ölkələrinin sabitliyinin mərkəzində” olduğu vurğulanan bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanına və onun suverenliyinə hörmət qırmızı xəttdir və Qahirə buna toxunulmasına imkan verməyəcək.

BƏƏ Xarici İşlər Nazirliyi də Netanyahunun bəyanatlarının qəbuledilməz olduğunu bildirib: "BƏƏ Səudiyyə Ərəbistanı ilə tam həmrəydir və onun təhlükəsizliyinə, sabitliyinə və suverenliyinə qarşı istənilən təhlükəyə qarşıdır. Səudiyyə Ərəbistanının suverenliyi qırmızı xəttdir, BƏƏ heç bir ölkənin onu keçməsinə icazə verməyəcək". 

TAHİR





Seçilən
43
baki-xeber.com

1Mənbələr