AZ

Türkiyədə dövlət xəstəxanası labaratoriya ləvazimatları alacaq

Bakı, TurkicWorld

Vaxtilə dünya xəritəsində nəhəng su hövzəsi kimi görünən Aral dənizi bu gün saf ağ səhraya çevrilib

TurkicWorld xəbər verir ki, bir zamanlar 68 min kvadrat kilometr ərazini əhatə edən göldən cəmi 8 min kvadrat kilometr su sahəsi qalıb, qalan hissə isə Aralqum adlanan yeni səhraya çevrilib.

Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının icraçı katibi İbrahim Tiaw Aral dənizinin yox olmasını "dünyanın ən böyük ekoloji fəlakətlərindən biri" adlandırıb.

Araşdırmalar göstərir ki, 1984-2015-ci illər arasında atmosferdəki toz miqdarı 14 milyondan 27 milyon metrik tona qədər artıb. Bu toz fırtınaları hətta 800 km uzaqlıqdakı yaşayış məntəqələrinə təsir göstərir, buzlaqların əriməsini sürətləndirir və su böhranını dərinləşdirir.

Toz fırtınaları ilə yayılan duz və kimyəvi maddələr kənd təsərrüfatını məhv edir, içməli suları çirkləndirir.

Aral dənizinin məhv olması təkcə Mərkəzi Asiya ilə məhdudlaşmır. Afrika, Yaxın Şərq, Avropa, Avstraliya və ABŞ kimi regionlarda da göllərin və şirin su ehtiyatlarının azalması ekoloji təhlükə yaradır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər su ehtiyatları qorunmasa, oxşar fəlakətlərin başqa yerlərdə də baş verməsi qaçılmazdır.

Seçilən
45
turkic.world

1Mənbələr