AZ

Tramp Putinlə danışdığını açıqladı- ancaq “neçə dəfə” sualına cavab vermədi…

Image

ABŞ-ın “New York Post” (NYP) qəzet yeni prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olduğunu yazıb.
 Məlumata görə, iki lider Ukraynada müharibənin dayandırılmasını müzakirə ediblər.

ABŞ prezidentinin “Air Force One” təyyarəsində verdiyi müsahibəni dərc edən qəzet, Trampın “Putinlə neçə dəfə görüşmüsünüz?” sualına “Deməsəm daha yaxşı olar” cavabını verdiyini və “Putinin insanların öldüyünü görmək istəmədiyini” qeyd edib.

Putinlə hər zaman yaxşı münasibətdə olduğunu deyən Tramp, müharibəni bitirmək üçün konkret planının olduğunu da bildirib: "İnsanlar hər gün ölür. Ukraynada müharibə dəhşətlidir. Mən bu lənətə gəlmiş işi bitirmək istəyirəm".

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “İnterfaks” xəbər agentliyinə verdiyi açıqlamada Trampın Putinlə Ukrayna müharibəsi ilə bağlı telefonla danışdığına dair açıqlamalarını dəyərləndirib.

ABŞ-da yeni administrasiya ilə ünsiyyət qurmağın müxtəlif yollarının olduğunu qeyd edən Peskov deyib ki, "bu ünsiyyətlər də müxtəlif kanallarla həyata keçirilir".

Peskov sözügedən əlaqələrin sıx olmasına görə, bütün proseslərdən xəbərdar ola bilməyəcəyini də deyib: "Ona görə də belə bir görüşü nə təsdiq, nə də təkzib edə bilmərəm".

“New York Post”un yaydığı xəbərlə bağlı Ağ Evdən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Tramp gələn həftə Ukrayna prezidenti Zelenski ilə görüşərək müharibənin dayandırılmasını müzakirə edəcəyini bildirib.

TAHİR





Seçilən
44
baki-xeber.com

1Mənbələr