“Sumqayıt” komandası uğursuz çıxışını davam etdirir.
QOL.az xəbər verir ki, Vaqif Cavadovun baş məşqçisi olduğu komanda bu gün Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı”ya 1:0 hesabı ilə uduzub. Bununla da onlar çempionatda qələbəsizlik seriyasını 6-a çatdırıblar.
Komanda son dəfə 2024-cü ilin dekabrın 8-də, 16-cı turda “Neftçi”ilə matçda qələbə qazanıb.
Həmin turdan sonra “Sumqayıt” liqada keçirdiyi 6 oyunun 3-də uduzub, 3 matçda isə heç-heçə edib. Bundan başqa, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında da “Sumqayıt” qələbə qazana bilməyib - 0:0.
Beləliklə, Sumqayıtın eyni adlı komandası Premyer Liqa və kubok matçları da daxil olmaqla son 7 oyunda nə qalib gələ, nə də qol vura bilir.