AZ

Türkiyə xarici tələbələrin sayını 500 minə çatdıracaq

Türkiyə hakimiyyəti bundan sonra da yerli universitetlərin xaricdə filiallarını, fakultələrini və ayrıca akademik proqramlarını açmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın şuranın saytında dərc olunan bəyanatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan və Özbəkistandan sonra bu cür təşəbbüslər Yaxın Şərq, Afrika və bir sıra Mərkəzi Asiya ölkələrində həyata keçiriləcək.

Xarici proqramlar çərçivəsində əsas üstünlük texnologiya sahəsinə, mühəndisliyə, tibb və dəqiq elmlərə veriləcək.

“Bu ali təhsil ocaqlarının məzunları gələcəkdə Türkiyənin özünün ali təhsilinin və sənayesinin inkişafına da töhfə verəcəklər”, - deyə sədr qeyd edib.

YÖK rəhbəri həmçinin, Türkiyə universitetlərinə xarici tələbələrin cəlb edilməsi istiqamətində qarşıda dayanan hədəflərdən də danışıb.

Seçilən
71
13
publika.az

10Mənbələr