Bu il üçün Azərbaycan büdcəsi proqnozlaşdırılarkən təbii qazın orta ixrac qiymətləri 1000 kubmetr üçün 242 dollardan proqnoz edilib. Hələlik ilin əvvəlindən qaz qiymətləri yüksəkdir.
Avropa bazarında 2025-ci ilin yanvarında qazın orta hərrac qiymətləri 517 dollar təşkil edib. Ötən cümə isə Niderlandın qaz qovşağında təhvil verilməklə satılan mavi yanacaq 607 dollara qədər bahalaşıb.
Azərbaycan ixrac etdiyi qazın yarıdan çoxunu məhz Avropa bazarlarında realizə edir. Biz satdığımız qaza endirim etsək də onun qiyməti hərrac göstəricilərində daha çox bağlıdır. Bu baxımdan “Şahdəniz” konsorsiumundan Azərbaycanın dövlət büdcəsinə ödənişlər milyard manatı aşan göstərici üzərindədir və onun zirvə həddi hələ irəlidədir (çünki şirkətlər qaz satışından əldə etdikləri mənfəətdən 25 faizlik vergi ödəyirlər, şirkətlərin büdcəyə ödəmələri azalanda isə dövlətin mənfəətləri artacaq – yəni Dövlət Neft Fonduna ödənişlər bir neçə milyard dollar səviyyəsinə qədər yüksələ bilər.